...

32 ildən sonra doğma vətənimə qayıdıram - Xocalıya dönən sakin

Gündəm Materials 29 May 2024 07:15 (UTC +04:00)
32 ildən sonra doğma vətənimə qayıdıram - Xocalıya dönən sakin
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

32 ildən sonra doğma vətənimə qayıdıram. Sevincimi sözlərlə ifadə etməkdə çətinlik çəkirəm.

Bunu Trend-ə Xocalıya dönən sakin Afət Mustafayev deyib.

O qeyd edib ki, torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırdı. “Bu gün çox şadam. Bu hissləri bizə yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla ordumuza minnətdaram.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Xocalı şəhərinə 24 ailə - 88 nəfər köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti