...

General-mayor vəzifəsindən azad olundu (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 29 May 2024 14:20 (UTC +04:00)
General-mayor vəzifəsindən azad olundu (ƏLAVƏ OLUNUB)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini həmin idarə rəisinin müavini, polkovnik-leytenant Anar İsmayılov icra edəcək.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, sözügedən vəzifənin icrası A.İsmayılova həvalə olunub.

XXX
11.06

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Firudin Nəbiyev istefaya göndərilib.

Trend xəbər verir ki, F.Nəbiyev yaş həddinə görə ehtiyata buraxılıb.

Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

O, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya göndərilib.

Xəbər lenti

Xəbər lenti