...

32 il əvvəl ağlaya-ağlaya çıxdığımız Laçına sevinc və qürurla geri dönürük – Laçın sakini

Gündəm Materials 31 May 2024 07:15 (UTC +04:00)
32 il əvvəl ağlaya-ağlaya çıxdığımız Laçına sevinc və qürurla geri dönürük – Laçın sakini
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

32 il bundan əvvəl ağlaya-ağlaya Laçından çıxmışdıq, indi isə gülə-gülə, sevinc və qürurla geri dönürük.

Bunu Trend-ə Laçına geri dönən Yasin Həsənov deyib.

O bildirib ki, biz hər zaman Prezidentimizə, ordumuza inanırdıq ki, geri dönəcəyik.

“Bizim inamımız özünü doğrultdu, torpaqlarımızı Prezidentimiz, ordumuz geri qaytardı, Allah Prezidentimiz İlham Əliyevin canın sağ etsin, şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Onların sayəsində geri dönürük. Dövlətimizə təşəkkür edirik ki, orada bizim üçün hər cür şərait yaradıb. Vətən həsrəti ilə yaşamaq çox çətin idi. Bundan sonrakı həyatımıza doğma Laçınımızda davam edəcəyik”, - deyə o əlavə edib.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərə yola salınan sakinlər Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti