...

Sülh müqaviləsinin bir ay ərzində imzalanmasını vacib hesab edirik - Mirzoyan

Gündəm Materials 20 İyun 2024 15:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycan sülh müqaviləsi ilə bağlı son təkliflərimizə cavab verməyib.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bunu XİN rəhbəri litvalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

“Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlar prosesini sona qədər aparmağı və sülh müqaviləsinin bir ay ərzində imzalanmasını vacib hesab edirik”, - Mirzoyan deyib.

Qeyd edək ki, iyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə yenidən işlənmiş 9-cu redaksiyasını göndərməklə cavab verib.

Aprelin 8-də isə İrəvan sülh müqaviləsi ilə bağlı Bakının təkliflərinin 8-ci redaksiyasına cavab göndərib.

Xatırladaq ki, Ermənistan bundan əvvəl 2024-cü il yanvarın 4-də sülh müqaviləsinin mətninin öz versiyasını Azərbaycana göndərib. Fevralda Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı əlavə təkliflər alıb. Sülh müqaviləsinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır.

Xəbər lenti

Xəbər lenti