...

NATO ölkələri gələn il Ukraynaya yardım üçün 40 milyard avro ayırmağı planlaşdırır

Gündəm Materials 11 İyul 2024 04:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NATO-ya üzv ölkələrinin liderləri gələn il ərzində Ukraynaya ən azı 40 milyard avro yardım ayırmağı planlaşdırdıqlarını açıqlayıblar.

Trend-in məlumatına görə, bu barədə NATO sammitindən sonra verilən bəyanatda deyilib.

"Müttəfiqlər gələn il ərzində minimum 40 milyard avro məbləğində əsas maliyyələşdirməni təmin etmək niyyətindədirlər", - deyə bəyanatda qeyd olunub.

Bundan əvvəl bu məbləğin təxminən yarısının Avropa ölkələri, qalan hissəsini isə Şimali Amerika müttəfiqləri tərəfindən ödəniləcəyi bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti