...

Səyahət zamanı hansı kibertəhlükəsizlik tədbirlərini görmək lazımdır?

Gündəm Materials 2 Sentyabr 2024 10:40 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Fərdi məlumatlarımızın təhlükəsizliyinə səyahətdə olduğumuz zaman da xüsusi diqqət yetirməliyik.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunan məqamlara xüsusi diqqət ayırmaq, sual yarandığı zaman xidmətə bildirmək xahiş edilib.

1) Üzərində fərdi məlumatlarınız olan bilet və xarici pasport görüntülərini sosial şəbəkələrdə paylaşmaqdan çəkinin.

2) Cihazlarınız üçün mürəkkəb şifr və ikimərhələli təsdiqləmədən istifadə edin.

3) İctimai Wi-Fi şəbəkələrindən istifadə edərkən diqqətli olun. Maliyyə xarakterli əməliyyatları mobil şəbəkəniz üzərindən edin.

4) Cihazlarınızı ictimai USB portlarında və ya naməlum şarj stansiyalarında doldurmaqdan çəkinin.

5) Cihazınızda məkan paylaşımı, “Bluetooth” kimi funksiyaları lazım olmadıqca deaktiv edin.

6) Ödənişə və ya veb-sayta yönləndirən QR-kodlardan istifadə edərkən ehtiyatlı olun.

7) Şübhəli mənbələrdən göndərilən fişinq mesajlarına qarşı diqqətli olun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti