...

"Android" istifadəçilərinin nəzərinə - Kriptovalyutalarınız oğurlana bilər

Gündəm Materials 19 Sentyabr 2024 13:59 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Təhlükəsizlik tədqiqatçıları tərəfindən "SpyAgent" adlı zərərli proqram aşkar edilib.

Trend xəbər verir ki, bu zərərli proqram qurğulara sızdıqdan sonra istifadəçilərin şəxsi məlumatlarını hədəf alır.

Buraya kripto aktivləriniz də daxildir.

ABŞ-nin antivirus proqram istehsalçısı "McAfee" şirkətinin verdiyi açıqlamaya görə, ilin əvvəlindən aktiv olan "SpyAgent" saxta proqramlar vasitəsilə "Android" telefonlarına sızır.

Bank proqramları, əyləncə platformaları və buna bənzər alətlər kimi görünən bu saxta proqramlar əslində arxa planda çox fərqli vəzifələri icra edir.

İstifadəçilər bilmədən zərərli "APK" ("Android Proqram Paketi") faylını yükləyirlər və bu fayl quraşdırıldıqda zərərli proqram cihazın SMS mesajlarına, kontaktlarına və yaddaşına daxil olmaq üçün icazə tələb edir.

Bu yeni nəsil zərərli proqram cihazınıza sızdıqdan sonra qalereya tətbiqinizdəki bütün vizual məzmunu skan edir.

Proqram "OCR" (Optik Xarakter Tanıma) texnologiyasından istifadə edərək şəkillərdəki mətnləri oxuyur və bu məlumatı uzaq serverə göndərir.

Bu yolla kibercinayətkarlar bank məlumatlarınızdan tutmuş şəxsiyyət nömrənizə qədər bir çox həssas məlumatı əldə edə bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti