...

"Google"dan 2,5 milyard "Gmail" istifadəçisinə xəbərdarlıq

Gündəm Materials 7 Fevral 2025 13:25 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Google" şirkəti "Gmail" istifadəçiləri üçün yeni təhlükə barədə xəbərdarlıq edib.

Trend xəbər verir ki, hakerlər süni intellektdən istifadə edərək, istifadəçilərin "Gmail" hesablarının oğurlandığını iddia edərək, "Google"un rəsmi nümayindələrini təqlid edir və istifadəçilərə zəng edirlər.

Qorxu yaratmaqla, hakerlər istifadəçiləri həssas məlumatları (bərpa kodları kimi) paylaşmağa inandırırlar.

"Google" açıqlamasında təxminən 2,5 milyard "Gmail" hesabı risk altındadır bildirib.

Qeyd edək ki, "Google" bərpa kodunuzu heç vaxt heç kimlə paylaşmamağı və əlavə təhlükəsizlik üçün iki faktorlu autentifikasiyadan (2FA) istifadə etməyi tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti