Bakı. Trend:
Avropa İttifaqının (Aİ) liderləri ABŞ kimi Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmalıdırlar, çünki bunu etmədən sülhə nail olmaq mümkün olmayacaq.
Trend-in məlumatına görə, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
O qeyd edib ki, Ukraynadakı münaqişənin həlli üçün Avropanın da iştirakı lazımdır.
"Sülhün [yalnız] Rusiya-Ukrayna danışıqları nəticəsində əldə ediləcəyi illüziyasıdır. Avropa liderləri gec-tez Rusiya prezidenti ilə danışıqlar aparmalı olacaqlar. Bu qaçılmazdır", - deyə o bildirib.