Bakı.Trend:
Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində sürücü polisə müraciət edərək “Lada Granta” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli
bilinən 26 yaşlı E.Abdullayev saxlanılıb. Nəqliyyat vasitəsi
aşkarlanaraq sahibinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.