...

Yüzlərlə vətəndaşın adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilib - Baş Prokurorluq

Gündəm Materials 3 Dekabr 2025 15:21 (UTC +04:00)
Yüzlərlə vətəndaşın adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilib - Baş Prokurorluq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda yüzlərlə vətəndaşın etibarından sui-istifadə edilərək onların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilib, həmin “yalançı sahibkarlıq” subyektlərindən istifadə etməklə törədilmiş əməllərlə dövlət büdcəsinə külli miqdarda zərər vurulub.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun vətəndaşlara müraciətində deyilir.

Bildirilib ki, belə qanunsuz sxemlərə qoşulan şəxslər, habelə onlara şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar. Vətəndaşlardan xahiş olunur ki, heç bir halda şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməsinlər və şübhəli hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti