Bakı.Trend:
AZCON Holding-in icraçı direktoru Şahin Babayev Çin Dəmiryol Vaqon Korporasiyasının “Zhuzhou Locomotive” şirkətinin prezidenti cənab Lyao Honqtaonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı dəmir yolu sahəsində icra olunan mövcud və perspektiv layihələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
Eyni zamanda şəhər mobilliyi istiqamətində əməkdaşlığın növbəti addımları nəzərdən keçirilib.