Azərbaysan, Bakı / Trend , müxbir K. Zərbalıyeva, E. Hüseynli / Azərbaycanın rep ulduzu Elşad Xose həbs olunub.
Bu barədə şənbə günü Trend ə Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Anar Çıraqov məlumat verib.
Çıraqov bildirib ki, bir neçə gün öncə Yasamal RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Xose saxlanılıb və üzərindən narkotik maddə tapılıb. Şöbə rəisi Xosenin narkotikadan istifadə etdiyini deyib.
Reper barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq sirri olduğu üçün reperin həbsinin detalları barədə əlavə məlumat almaq mümkün olmayıb.