...

Gəncədə intihar hadisəsi baş verib

Hadisə Materials 28 Sentyabr 2007 17:23 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhərində dünən gecə 00.00 radələrində intihar hadisəsi baş verib. Trend in bölgə müxbiri Gəncə şəhər Polis İdarəsinin rəis köməkçisi Nofəl Hacıyevə istinadən məlumat verir ki, 1951-ci il təvəllüdlü Şeyxzamanov Əliağa Ələkbər oğlu yaşadığı Əlibəy Hüseynzadə küçəsi 35 saylı evinin giriş qapısında kəndirlə özünü asıb.

Bu, həftə ərzində Gəncədə baş verən ikinci intihar hadisəsidir. Digər bir intihar sentyabrın 26-da Gəncənin Sevinc qəsəbəsində baş verib. 1966-cı il təvəlüdlü Səfiyev Fikrət Əkbər oğlu yaşadığı evdə özünü asıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti