...

Lənkəranda intihar hadisəsi baş verib

Hadisə Materials 3 Oktyabr 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Lənkəran/ Trend P.Əliyeva/ Lənkəran rayonunda oktyabrın 3-də intihar hadisəsi baş verib. Trend in bölgə müxbirinin məlumatına görə, rayonun Asfilial kənd sakini 1937-ci il təvəllüdlü Ələsgər Əkbər oğlu Qafarov yaşadığı evin yaxınlığındakı bağda özünü ağacdan asıb. Qonşuların bildirdiyinə görə, Qafarov uzun müddət əsəb xəstəliyindən əziyyət çəkib və bir dəfə intihara cəhd edib.

Lənkəran rayon Məhkəmə Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin direktoru Rafiq Qasımov Trend ə bildirib ki, intihar edənən bədənində digər əlamətlərlə boğulma halları müəyyənləşdirilməyib.

Lənkəran paytaxt Bakıdan 268 kilometr cənubda yerləşir. Əhalisi 201 min 500 nəfərdir. Əhalinin ümumi sayının 51,2 %-ni qadınlar, 48,8 %-ni kişilər təşkil edir.

Xəbər lenti

Xəbər lenti