...

Şəmkir rayon sakinini yük qatarı vurub

Hadisə Materials 10 Oktyabr 2007 18:36 (UTC +04:00)

Azərbaycan, Şəmkir / Trend ,müxbir N.Fətullayeva/ Şəmkir rayonunun Zəyəm qəsəbə sakini, 1958-ci il təvəllüdlü Tofiq Səfər oğlu Hüseynovu çərşənbə günü yük qatarı vurub və o, aldığı bədən xəsarətindən hadisə yerində dünyasını dəyişib. Bu haqda məlumatı Gəncə Dəmiryolu Daşınma Prosesinin İdarəetmə Birliyinin rəisi Fizuli Kərimov verib. Onun sözlərinə görə, hadisə oktyabrın 9-da saat 17:20 radələrində Böyük-Kəsik Dəmiryolu Stansiyasının ərasizində baş verib. Hüseynovu Qovlar-Zəyəm mənzilinin 134-cü kilometrliyində hərəkət edən 2119 saylı yük qatarı vurub. Kərimov hadisənin baş verməsinə səbəb kimi, piyadanın ehtiyatsızlığını göstərib:"Qatarın biri keçib, dərhal yolu keçmək istəyən Tofiq Hüseynov, əks istiqamətdə hərəkət edən digər qatarın önünə çıxıb".

Kərimov faktla bağlı araşdırmalar aparıldığını bildirib.

Şəmkir Azərbaycanın qərb bölgəsində, paytaxtdan 420 km aralıda yerləşir.

Xəbər lenti

Xəbər lenti