...

Masallı rayon polis şöbəsi, oğurluq edən dəstəni zərərsizləşdirə biliblər

Hadisə Materials 23 Oktyabr 2007 23:30 (UTC +04:00)

Azərbaycan, Lənkəran / müxbir Trend P.Əliyeva/ Masallı rayon polis şöbəsi,rayon ərazisində avtomaşın hissələri və ev qarət edən dəstəni zərərsizləşdirə biliblər.Dəstənin 2 üzvü həbs edilib.Dəstənin 3 nəfər üzvü isə hələ də axtarışdadır.

Masallı rayon Ərkivan kənd sakini 62 yaşlı Həmdulla Bədəlov avtomaşınının hissələrini və həmkəndlisi Rasif Zahidov həyatyanı sahəsindən oğurluq olunması barədə rayon polis şöbəsinə müraciət ediblər.Rayon polis şöbəsinin bu istiqamətdə apardığı əməliyyat-axtarış tədbirləri öz bəhrəsini verib.Hadisəni tötətməkdə şübhəli bilinən 2 nəfər Ərkivan kənd sakini 39 yaşlı İqbal Abdinov və 37 yaşlı Mehman Məmmədhüseynov saxlanılıb.Rayon polis şöbəsində,saxlanılanlar etdikləri əməli etiraf edərək, bildiriblər ki,onlar bu əməlləri qrup şəklində,yəni 5 nəfər hətyata keçiriblər.Masallı rayon polis şöbəsinin rəis müavini Rizvan Quliyev bildirdi ki,saxlanılan 39 yaşlı İqbal Abdinov üst-üstə 19 il məhkumluğu olub(qəsdən adm öldürmə,oğurluq).Adları qeyd olunan şəxslər oğurladıqları əmlakları sataraq narkotik vasitələr əldə etməklə birlikdə qəbul ediblər.Azadlıqda olan digər 3 nəfər yoldaşları müəyyən edilib və tutulmaları istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Fakt üzrə CM-177.2.1 maddəsilə cinayət işinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti