...

Kalmıkiyanın hakimiyyət orqanları azərbaycanlılarla yerli əhali arasındakı toqquşmanın milli ədavət zəminində baş vermədiyini bildirirlər

Hadisə Materials 29 Oktyabr 2007 16:02 (UTC +04:00)

Kalmıkiya Respublikası daxili işlər nazirinin müavini Beatr Qindiyev bəyan edib ki, burada yerli əhali və azərbaycanlılar arasında baş verən kütləvi savaş milli ədavət zəminində baş verməyib, " Radio Svoboda "-nın verdiyi məlumatda bildirilir.

Hüquq- mühafizə orqanlarının məlumatına görə, toqquşmanın səbəbkarlarının adları müəyyənləşdirilib. Ötən cümə günü "Artezian" dəmir yol stansiyasında 60-a yaxın yerli əhali "Bakı-Tümen" marşrutu ilə irəliləyən qatara basqın edib, bundan əvvəlsə, qatarda basqınçıların qohumları və Azərbaycandan olan sərnişinlər arasında dava başlayıb.

Rəsmi məlumatlara görə, 12 nəfər xəsarət alıb, onlardan 8-i azərbaycanlıdır. Faktla bağlı cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti