...

Sabunçu körpüsündən yük avtomobili aşıb (Video)

Hadisə Materials 4 Dekabr 2007 17:13 (UTC +04:00)
Sabunçu körpüsündən yük avtomobili aşıb (Video)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Bu gün günorta saatlarında Sabunçu rayonu ərazisindəki Sabunçu körpüsündən Qazell markalı yük avtomobili aşıb. Trend in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Nuriyev Rizvan Bahəddin oğlunun idarə etdiyi 10 JL 055 dövlət nömrə nişanlı Qazell markalı avtomobilin körpüdən aşması nəticəsində, sürücü ağır bədən xəsarəti alıb. Hadisə ilə bağlı araşdırma aparan Sabunçu rayon polis idarəsinin baş müstəntiqi Abdı Pənahov bildirib ki, Qazell markalı avtomobil Kərimov Elman Xasməmməd oğlunun idarə etdiyi 10 BG 119 dövlət nömrə nişanlı Volksfaqen Polo markalı avtomobillə toqquşub və nəticədə, Qazell kürpüdən aşıb. Qazelin hansı şirkətə yaxud hansı fiziki şəxsə mənsub olduğu hələlik müəyyinləşdirilməyib. Müstəntiqin sözlərinə görə, ilkin araşdırma zamanı məlum olub ki, Qazell markalı avtomobil ötmə əməliyəti apararkən Folksvaqenlə toqquşub və sürücü avtomobilin idarəsini itirib. Sürücünün vəziyəti ağır olduğundan, ondan hadisə ilə bağlı ilkin ifadə almaq mümkün olmayıb. Faktla bağlı Sabunçu rayon polis idarəsində araşdırma aparılır.

Sürücü Nuriyev 3 saylı şəhər kliniki xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib. Travmotologiya şöbəsinin müdiri İlgar Qaracayev bildirib ki, xəstə sol bud sümüyünün sınığı, alt çənənin əziyi diaqnozu ilə xəstəxanaya qəbul edilib. Həkim bildirib ki, xəstənin vəziyəti orta- ağırdır və cərrahiyə əməliyatına hazırlanır.

Xəbər lenti

Xəbər lenti