...

Lerik qəsəbəsi hələ də işıqsız qalır, Lənkəranın kəndlərinə isə enerjinin verilməsi bərpa edilib

Hadisə Materials 6 Yanvar 2008 16:10 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva / Ölkənin cənub bölgəsinə iki gün fasiləsiz yağan qar bir sıra problemlər yaradıb. Elektrik xətlərinin buz bağlaması və qırılması nəticəsində dünən səhər saatlarından Lerik qəsəbəsi işıqsız qalıb. Lerik rayon Elektrik Paylayıcı Şəbəkəsinin rəisi Aydın Məmmədov elektrik enerjisinin tam bərpa olunduğunu bildirsə də, qəsəbə sakinləri hələ də işıqsız qaldıqlarını deyiblər.

Eyni zamanda burada 10-min kilovatlıq transformatorların partladığı bildirilir.

Təbiətin şıltaqlığı Yardımlı rayonunun bir neçə ucqar kəndlərini də işıqsız qoyub.

Bu barədə məlumatı verən Yardımlı rayon İcra Hakimiyyətinin ictimai -siyasi şöbəsinin müdiri Qabil Canəliyev bildirib ki, rayon mərkəzində işıq olsa da, güclü yağan qarın nəticəsində elektrik təsərrüfatına ziyan dəyib.

Lənkəran rayonunda da güclü qar bir neçə kəndi işıqsız qoyub. Lakin görülən operativ tədbirlər nəticəsində bu problemi aradan qaldırmaq mümkün olub. Hazırda həmin kəndlərə enerji verilməsi bərpa edilib.

Hazırda yuxarıda qeyd olunan rayonların elektrik şəbəkələrinin qəza briqadaları bərpa işləri ilə məşğuldur.

Xəbər lenti

Xəbər lenti