...

Astara sakinində 5 kq 795 qram tiryək aşkar edilib

Hadisə Materials 14 Yanvar 2008 19:27 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 14 yanvar / Trend , müxbir P.Əliyeva/ Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi Cənub regional şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri uğurla nəticələnib. Şöbəyə daxil olan məlumat əsasında, qabaqcadan planlaşdırılmış şəkildə Astara şəhər sakini, 1961-ci il təvəlüdlü Əliyev Pərviz Rəhim oğlunun idarə etdiyi VAZ 21-07 markalı Jiquli maşınında axtarış aparılan zaman 5 kq 795 qram tiryək aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı Əliyev narkotik maddəni tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını və ilk dəfə bui şlə məşğul olduğunu bildiib. Fakt üzrə toplanmış materiallar Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinə göndərilib. 226 - 1.1 maddəsi ilə cinayət işinin başlanıldığı qeyd olunub.

Xəbər lenti

Xəbər lenti