...

Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Hadisə Materials 2 Fevral 2008 12:40 (UTC +04:00)

Azərbaycan, Gədəbəy, 02 fevral / " müxbr G.Rafiqqızı/ Gədəbəy rayonunda fevralın 2-nə keçən gecə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Gədəbəy rayon Polis İdarəsinin rəis müavini Fəzail Məmmədovun şənbə günü Trend ə verdiyi məlumata görə, qəza dünən saat 12 radələrində rayonun Zəhmət kəndi ərazisində, Şəmkir - Gədəbəy yolunun 30-cu kilometrliyində baş verib. Rayon sakini, 1933-cü il təvəllüdlü Elturan Şahin oğlu Ələkbərli idarə etdiyi "Mersedes" 190 markalı AZ 90 BH 703 nömrə nişanlı avtomaşın ilə piyada, Zəhmət kənd sakinləri 2001-ci il təvəllüdlü Ülvin Arif oğlu Aslanov və 2001-ci il təvəllüdlü Təhminə Vahid qızı Bayramovanı vurub. Nəticədə, Bayramova aldığı xəsarətdən rayon xəstəxanasında ölüb. Aslanovun vəziyyəti isə ağırdır.

Ələkbərlinin Cinayət Məcəlləsinin yol-nəqliyyat qəzası zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəbolma (263.2) maddəsi ilə günahlandırılması ehtimal olunur. Hələlik hadisə ilə bağlı araşdırma aparılır.

Bu hadisə 2008-ci ildə Gədəbəydə ölümlə nəticələnən ilk yol qəzasıdır.

Xəbər lenti

Xəbər lenti