...

Bakının mərkəzində yaşayış binası yanır, zərərçəkənlər yoxdur - (YENİLƏNİB)

Hadisə Materials 5 Aprel 2008 19:13 (UTC +04:00)
Bakının mərkəzində yaşayış binası yanır, zərərçəkənlər yoxdur - (YENİLƏNİB)

Azərbaycan, Bakı, 5 aprel / Trend müxbir İ.Əlizadə/ Bu gün Bakıda 28 may, 3 ünvanında (Opera və balet teatrı ilə üzbəüz) yerləşən üçmərtəbəli yaşayış binasında baş verən yanğın artıq söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin yanğından müdafiə idarəsinin qərargah rəisi Əkbər Novruzovun Trend a verdiyi məlumata görə, yanğınsöndürənlər və sakinlər arasında yanğından zərərçəkənlər yoxdur.

Yanğın 152 kv. metr ərazini əhatə edib.

Əkbərovun sözlərinə görə, yanğını vaxtında söndürmək binanın damına çıxmaq imkanının olmaması maneçilik törədib.

Trend müxbirinin hadisə yerindən verdiyi xəbərə əsasən haırda yanğının qarşısı alınıb və yanğınsöndürənlər yanğının qonşu binalara keçməməsi üçün səylər göstərirlər.

Yanan binanın arxasında yerləşən "Xalq Sığorta"nın Nəsimi bölməsinin əmlakının evakuasiyasına başlanılıb.

Həmçinin 28 may, 3 ünvanında yerləşən ofis və mağazalrın işçiləri evakusiya olunub.

Yanğın 1899-cu ildə inşa edilən arxitektur binada baş verib. Binanın üçüncü mərtəbəsi tamamilə dağılıb.

Xəbər lenti

Xəbər lenti