...

Azərbaycan paytaxtında Çin vətəndaşı baltalanıb

Hadisə Materials 21 Avqust 2008 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir S.Kazımlı/ Azərbaycan paytaxtında Çin Xalq Respublikasının vətəndaşları arasında xəsarətlə nəticələnən münaqişə baş verib. Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindən cümə axşamı Trend Life-a verilən məlumata görə, avqustun 20-dən 21-nə keçən gecə saat 23:00 radələrində Xətai prospektində, Çin Xalq Respublikasının vətəndaşı, 33 yaşlı Xu Yanbini şəxsi mübahisə zəminində naməlum şəxslə dava edib. İlkin araşdırma zamanı naməlum şəxsin dava zamanı Xu Yanbinini yerə yıxması və yerdə olan balta ilə sonuncunun bel nahiyyəsinə xəsarət yetirməsi məlum olub. Xu Yanbini aldığı xəsarət nəticəsində Kliniki Tibbi Mərkəzə müraciət edib.

Polis bölməsindən bildiriblər ki, araşdırma zamanı Xu Yanbini ilə mübahisə edən şəxsin Cin Xalq Respublikasının vətəndaşı olması müəyyənləşib. Hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.

Faktla bağlı Nəsimi RPİ-nin 22-ci polis bölməsində araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti