...

Azərbaycanın cənubunda Elektrik Şəbəkəsinin əməkdaşı yol qəzasında ölüb

Hadisə Materials 29 Avqust 2008 13:01 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 29 avqust / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənubunda yerləşən (paytaxt Bakıdan 250 km aralıda) Masallının Ərkivan qəsəbəsi ərazisində dünən axşam saatlarında ölümlə nəticələnən yol qəzası baş verib.

Trend -un bölgə müxbirinin Masllı rayon polis şöbəsinin müstəntiqi Azər Bəhmənova istinadən verdiyi məlumata görə, Masallı-Lənkəran yolunun 12,5 km-də, Lənkəran şəhər istiqamətində hərəkət edən Qurbanov İntiqam Tofiq oğlunun idarə etdiyi VAZ-2106 markalı 42AA 178 dövlət nömrə nişanlı avtomobil eyni istiqamətdə hərəkət edən İskəndərov Böyükağa Barat oğlunun idarə etdiyi QAZ-5312 markalı avtomobillə toqquşub.

Nəticədə VAZ 2106-nın sərnişini Masallı Paylayıcı Elektrik Şəbəkəsinin mühəndisi Rüstəmov Yusif Alış oğlu ağır bədən xəsarətləri ilə Masallı rayon mərkəzi xəstəxanasına aparılıb. Rüstəmov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla pozulması (263.2) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti