...

Bakıda avtomobil oğurluğu olub

Hadisə Materials 1 Sentyabr 2008 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir S.Kazımlı/

Nəsimi rayon Polis İdarəsinin (RPİ) 20-ci polis bölməsindən bazar ertəsi Trend -a verilən məlumata görə, avqustun 30 - dan 31-nə keçən gecə Nəsimi rayonunun Quli Quliyevin küçəsi, ev 11/13, mənzil 23 ünvanında yaşayan İlqar Məmmədova məxsus "VAZ- 2106" markalı avtomobil yaşadığı evin qarşısından qaçırılıb.

Polis bölməsindən bildiriblər ki, hələlik avtomobilin yeri və onu qaçıran şəxsin kimliyi müəyyənləşməyib. Hazırda bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nəsimi RPİ-də cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti