Azərbaycan, Bakı, 17 sentyabr / Trend , K.Zərbalıyeva/ Ağdaş rayonunun Xosrov kəndi ərazisində "VAZ-21011" markalı avtomobil kanala aşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, içərisində iki sərnişin olan maşın Böyük Şirvan kanalına aşıb.
Sərnişinlərdən biri - Nicat Cəfərov xilas edilib. Şəxsiyyəti naməlum olan sürücü və digər sərnişinin axtarışları isə davam edir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]