...

Bakıda yeniyetməyə qarşı quldurluq edilib

Hadisə Materials 17 Sentyabr 2008 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 17, sentyabr / Trend , müxbir S.Kazımlı /

Bakının Səbail rayonu ərazisində naməlum şəxslər yeniyetməyə qarşı quldurluq ediblər.

Səbail rayon Polis İdarəsindən (RPİ) çərşənbə günü Trend -a verilən məlumata görə, sentyabrın 15 - də saat 11:00 radələrində iki nəfər şəxs Milli Parkda 16 yaşlı Bakı sakini, Fuad Arif oğlu Xosrovzadəni bıçaqla hədələyib, boynundakı qızıl zənciri qıraraq qaçıblar.

Rayon Polis İdarəsindən bildiriblər ki, hazırda hadisəni törədən şəxslərin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti