...

Abşeron rayonunda ailə başçısı maddi imkansızlıqdan özünü asıb

Hadisə Materials 7 Oktyabr 2008 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / , müxbir K.Zərbalıyeva/ Abşeron rayonunda 42 yaşlı ata maddi imkansızlıqdan intihar edib.

Abşeron rayon Prokurorluğundan Trend -a verilən məlumata görə, rayonun Aşağı Güzdək kənd sakini Əmikişiyev Rizvan Axırzaman oğlu özünü asaraq intihar edib.

Prokurorluqdan bildirilib ki, iki uşaq atası Əmikişiyev maddi cəhətdən vəziyyəti ağır olduğundan bu addımı atıb. Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Dünya Psixiatriya Assosiasiyasının konqresində 21-ci əsr "depressiya və intiharlar əsri" adlandırılıb.

Dünyada özünə qəsd hadisələrinin sayına görə postsovet ölkələri öndə gedir. Bu sırada birincilik Litvaya məxsusdur. Onluğu isə bu il müvafiq olaraq 36 nəfərlə Rusiya, 30 nəfərlə Qazaxıstan, 28 nəfərlə Macarıstan, 26 nəfərlə Latviya və Sloveniya, 25 nəfərlə Ukrayna, 24 nəfərlə Yaponiya və 21 nəfərlə Estoniya qapayır. Azərbaycanda intiharların sayı barədə rəsmi statistika açıqlanmır. İntiharların statistikası prokurorluqda aparılsa da, bu barədə ictimaiyyətə məlumat verilmir.

Azərbaycanda intihar hadisələri əsasən şimal və cənub regionlarında daha çox qeydə alınır. Respublikada intihar hadisələri isə daha çox gənclər arasında qeydə alınır.

Hər il dünyada 60 milyon insan intihara cəhd edir. Lakin bunlardan bir milyonu öz istəyinə çatır. İntihar edən şəxslərin 90%-i depressiya xəstəsidir. Depressiya xəstələrinin 15%-i intihara cəhd nəticəsində həyatlarını itirirlər. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti