...

Azərbaycanın qərb bölgəsində yol qəzasında 5 nəfər ölüb, 14 nəfər isə yaralanıb

Hadisə Materials 23 Oktyabr 2008 12:22 (UTC +04:00)

Azərbaycan, Qazax, 23 oktyabr / Trend , müxbir T.Zaur/ Azərbaycanın qərb bölgəsində yerləşən Tovuz rayonunda (Bakının 480 kilometrliyində yerləşən) bir gündə baş verən üç yol qəzasında 5 nəfər ölüb, 14 nəfər isə yaralanıb.

Tovuz rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Oruc Əmiraslanovun cümə axşamı Trend -a verdiyi məlumata görə, dünən iki saat ərzində Tovuzda üç yol-nəqliyyat hadisəsi baş verib. İlk hadisənin saat 16:30 radələrində Tovuz-Əlibəyli yolunun 1-ci kilometrliyində "VAZ- 2106" markalı avtomobillə "Mersedes-Benz" markalı avtomaşının toqquşması nəticəsində baş verib. Nəticədə "VAZ -2106" markalı maşını idarə edən 60 yaşlı Rəşid Mansır oğlu Camalov və 1951-ci il təvəllüdlü onun həyat yoldaşı Səkinə Qiyas qızı Camalova hadisə yerində ölüblər. Digər avtomobilin sürücüsü Vüqar Rəşid oğlu Əliyev rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.

Əmiraslonov ikinci yol qəzasının saat 18:00 radələrində Bakı-Qazax şosesinin Tovuz rayonunun Aşağı Ayıblı kəndi ərazisindən keçən 412-ci kilometrliyində baş verdiyini bildirib. Onun sözlərinə görə, hadisə zamanı Gürcüstandan sərnişin daşıyan "Ford Tranzit" markalı maşınla "VAZ -21011" markalı avtomobillərin toqquşması nəticəsində sonuncunun sürücüsü 1970-ci il təvəllüdlü Əbülfət Teymur oğlu Əliyev ağır xəsarət alıb, onun sərnişini 43 yaşlı Əli Sarı oğlu Musayev aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. "Ford Tranzit" markalı maşının sərnişinlərindən bir neçəsi yüngül xəsarət alıb.

Bölmə rəisinin sözlərinə görə, digər bir yol-qəza hadisəsi zamanı isə, saat 18:30-da Bakı-Qazax şosesinin 427-ci kilometrliyində 26 yaşlı İsa Nizami oğlu Ələsgərov idarə etdiyi "VAZ- 21099" markalı avtomobillə səkiyə çıxaraq beş nəfəri vurub, avtomobil yolun kənarındakı daş binaya çırpılıb. Hadisə nəticəsində piyada 1995-ci il təvəllüdlü Atəş Nizami oğlu Quliyev ölüb, digərləri - Anar Qələndərov, Ayxan İsmayılov, Mirnemət Seyidzadə, Leyla Gülməmmədova və avtomobilin sürücüsü və maşının sərnişinləri Eşqin Hüseynov, Natiq Sultanov, Mətləb Məmmədov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Əmiraslanovun sözlərinə görə, birinci və ikinci hadisələr zamanı sürücülərin sərxoş vəziyyətdə olması və avtomobili sürətlə idarə etmələri müəyyən edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti