...

Azərbaycan Milli Ordusunun əsgəri qida zəhərlənməsindən ölüb

Hadisə Materials 12 Noyabr 2008 13:35 (UTC +04:00)

Azərbaycan, Bərdə, 12 noyabr / Trend , müxbir Ş.Cəliloğlu / Azərbaycanın cənub-qərb bölgəsində yerləşən Füzuli rayonunun (paytaxt Bakıdan 270 kilometr aralı) N saylı hərbi hissəsində Milli Ordunun əsgəri qida zəhərlənməsindən ölüb.

Trend -un bölgə müxbirinin çərşənbə günü verdiyi məlumata görə, Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edən və Bərdə rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan Bərdə rayonunun Boru kəndindən olan 1989-cu il təvəllüdlü Aqşin Məmmədov noyabrın 11-də axşam saatlarında ölüb.

Məlumata görə, Məmmədovun ölməsinə səbəb qidadan zəhərlənməsi olub. Məmmədovun doqquz ay hərbi xidmət etdiyi bildirilir.

Faktla bağlı Füzuli rayon Hərbi Prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məsələ ilə bağlı əlavə məlumat verməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti