...

Bakıda Ali Hərbi Akademiyanın müdavimi ölüb

Hadisə Materials 25 Noyabr 2008 11:02 (UTC +04:00)
Bakıda Ali Hərbi Akademiyanın müdavimi ölüb

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir K.Zərbalıyeva/ Bakıda Ali Hərbi Akademiyanın müdavimi bazar ertəsi qəflətən ürək tutmasından vəfat edib.

Hərbi mənbənin çərşənbə axşamı Trend -a verdiyi məlumata görə, akademiyanın üçüncü kursunda oxuyan müdavim Razi Yuri oğlu Qarayev idman dərsində kros qaçışı zamanı ölüb.

Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu təsdiqləyib. Sabiroğlu Trend -a bildirib ki, Qarayev 3 kilometrlik qaçış zamanı qəflətən keçinib.

Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, kursantın səhhəti ilə bağlı heç bir problem olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Trend -un arayışı: Bir müddət öncə Azərbaycan ombudsmanı Elmira Süleymanova orduya ictimai nəzarətin yaradılması barədə təkilf irəli sürüb və bunu vacib sayıb.

Bu təklifdən sonra Müdafiə Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə Dəyirmi masa keçirilib. Toplantıda ictimai nəzarətin yaradılmasının vacibliyi müzakirə olunub. İctimai nəzarətin yaradılmasında məqsəd ordu sistemində şəffaflığın təmin olunmasında nəzarəti həyata keçirməkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti