...

Bakıda İran vətəndaşının meyiti tapılıb

Hadisə Materials 26 Noyabr 2008 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr / Trend müxbir S.Kazımlı / Bakının Yasamal rayonu ərazisində kişi meyiti tapılıb. Ölən şəxs İran İslam Respublikasının vətəndaşıdır. Bu barədə Yasamal rayon Prokurorluğundan çərşənbə günü Trend -a məlumat verilib.

Rayon Prokurorluğundan bildiriblər ki, çərşənbə axşamı saat 18:00 radələrində Murtuza Muxtarov küçəsi, ev 44 ünvanda kirayədə yaşayan İran İslam Respublikasının vətəndaşı Kazım Xan Abdullanın meyiti yaşadığı ünvanda aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Mərhumun Bakıda nə işlə məşğul olduğu hələki müəyyənləşməyib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti