...

Azərbaycanda xəstəxanadakı partlayışın günahkarı keçmiş OMON-çu olub

Hadisə Materials 28 Noyabr 2008 16:19 (UTC +04:00)
Azərbaycanda xəstəxanadakı partlayışın günahkarı keçmiş OMON-çu olub

Azərbaycan, Bakı, 28 noyabr/ Trend , müxbir S.Kazımlı/  Lökbatan xəstəxanasında partlayışın günahkarı keçmiş OMON-çu olub.

Bakının Qaradağ rayonunun hüquq - mühafizə orqanları Lökbatan xəstəxanasında partlayışda şübhəli bilinən şəxsi saxlayıblar, - rayonun Polis İdarəsindən Trend - a bildiriblər.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində 19 saylı xəstəxanada partlayış noyabrın 25 - də baş verib. Nəticədə, xəstəxananın cərrahı və tibb bacısı ciddi xəsarət alıblar. Cərrah Rəvayət Mütəllimov sağ əlini və sağ gözünü itirib.

Saxlanılan şəxs -  Bakı sakini, 1969 - cu il təvəllüdlü Sabir Hüseynov etiraf edib ki, əl qumbarasını cərrah Rəvayət Mütəllimovun cibinə atıb. Buna, cərrahla Hüseynovun xəstəxanada işləyən  həyat yoldaşı və baldızı arasında yaranmış mübahisə səbəb olub.

Qaradağ RPİ - nin məlumatına görə, saxlanılan şəxs Qarabağ müharibəsində kontuziya alıb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti