Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir S.Kazımlı/ Bakının Yasamal rayonu ərazisində inşa olunan hündürmərtəbəli binadan iki fəhlə yıxılaraq xəsarət alıb. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Bu barədə Yasamal rayon Prokurorluğundan cümə günü Trend - a məlumat verilib.
Prokurorluqdan bildiriblər ki, dekabrın 11- də saat 12:00 radlərində Bakı sakinləri -- 32 yaşlı Rahim Məmmədov və 40 yaşlı Elşən Əliyev fəhlə işlədikləri , Azərbaycan prospektində inşa olunan 14 mərtəbəli binanın 4 - cü mərtəbəsindən yıxılıblar. Onlar aldıqları xısarətlər nəticəsində Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. İlkin araşdırma zamanı hadisənin ehtiyatsızlıqdan baş verdiyi müəyyənləşib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.
Məqalə müəllıfı ılə əlaqə ünvanı:[email protected]