Azərbaycan, Bakı, 20 dekabr / Trend müxbir S.Kazımlı/ Azərbaycanın cənub bölgəsində xeyli miqdarda narkotik maddə satan şəxs yaxalanıb. Bu barədə şənbə günü Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend -a məlumat verilib.
Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsi Regional Şöbəsi və Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının birgə kecirdikləri əməliyyat tədbirləri nəticəsində, dekabrın 19 - da Cəlilabad rayon sakini Cəlal Hüseynov rayon ərazisində 1 kiloqram 215 qram heroini 18000 dollara satarkən tutulub. Faktla bağlı araşdırma aparılır.
Məqalə müəllıfı ılə əlaqə ünvanı:[email protected]