...

"Qara Qarayev" metro stansiyasına bombanın qoyulması ilə bağlı xəbər yanlış olub

Hadisə Materials 21 Dekabr 2008 18:27 (UTC +04:00)
"Qara Qarayev" metro stansiyasına bombanın qoyulması ilə bağlı xəbər yanlış olub

Azərbaycan, Bakı, 21 dekabr / Trend müxbir S.Kazımlı/ "Qara Qarayev" metro stansiyasına bombanın qoyulması ilə bağlı xəbər yanlış olub. Bunu Trend agentliyinə FHN-nin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib. Onun sözlərinə görə, məlumat yerli vaxtla saat 14.56-da FHN-in "102" xidmətinə daxil olub.

"FHN əməkdaşları "Qara Qarayev" stansiyasına yollanıblar. Nəticədə məlub olub ki, məlumat yanlışdır" - deyə o bildirib.

Dekabrın 18-də axşam saatlarında Nəriman Nərimanov stansiyası bombanın qoyulması ilə bağlı məlumatdan sonra bağlanmışdır. Yoxlamadan sonra məlumatın yanlış olduğu aşkar olunmuşdur.

Xəbər lenti

Xəbər lenti