...

Azərbaycanın gömrük məntəqəsində Ermənistan istehsalı olan mallar saxlanılıb

Hadisə Materials 25 Dekabr 2008 09:35 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 25 dekabr/ Trend , müxbir E.Məmmədov/ Dünən Naxçivanın gömrük məntəqəsində Ermənistan turizmini reklamını həyata keçirən və Ermənistan istehsalı olan malları Respublika ərazisinə gətirmək cəhdi edən bir neçə şəxs saxlanılıb. Bu barədə Trend a Naxçıvan MR-nın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Rahil Tahirli məlumat verib.

Naxçıvan MR DGK-nin əməkdaşlarının apardıqları yoxlamalar zamanı Ermənistanın turizm bölgələrini təbliğ edən 14 ədəd broşur, Ermənistan istehsalı olan 4 qutu "Aftamal" siqareti, Rusiya istehsalı, erməni dilində əmtəə göstəricisi olan 60 kiloqram "Ovelski" suvenir konfeti saxanılaraq götürülüb.

Gömrük əməkdaşları tərəfindən, 1052 dini kitab və 1266 ədəd dini broşura da saxlanılıb. Həmçinin 408 pornoqrafik CD, 16 video kasset, 311 pirotexniki qurğu, 220 ədəd İran istehsalı olan texniki spirt, həmçinin 110 kiloqram standartlara cavab verməyən zərərli polietilen torba, əkin üçün yararlı 16,5 kiloqram çətənə toxumu, 16 ədəd "beşbarmaq" soyuq silahı, 1 ədəd zərbə vurucu alət də gömrük orqanları əməkdaşları tərəfindən müsadirə olunub. Bu gün həmin mallar yandırılaraq məhv edilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti