Azərbaycan, Bakı, 10 yanvar / Trend / Şənbə günü axşam Bakıda, Məhəmməd Hadi, 106-da partlayış olub. Şahidlərin bildirdiyinə görə, buna səbəb "Röya-1" şirniyyat sexi önündə yerləşən qaz balonunun partlaması olub. Trend müxbirinin verdiyi məlumata görə, hadisə yerinə üç yanğınsondürən maşın gəlib və yanğını söndürüblər.
Zərərçəkən yoxdur.