...

Bakıda yaşayış binasında partlayış baş verib,  ən azı iki nəfər həlak olub (ƏLAVƏ OLUNUB - 3)

Hadisə Materials 16 Yanvar 2009 17:47 (UTC +04:00)
Bakıda yaşayış binasında partlayış baş verib,  ən azı iki nəfər həlak olub (ƏLAVƏ OLUNUB - 3)

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbirlər K.Zərbalıyeva, S.Kazımlı/ Cümə günü Azərbaycanın paytaxtında "Memar Əcəmi" metro stansiyası rayonunda Cavadxan 33  ünvanında,yaşayış binasının beşinci mərtəbəsi partlayış nəticəsində dağılıb.  Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının Baş həkimi Mehbalı Əliyev Trend - a bildirib ki, partlayış nəticəsində ən azı iki nəfər həlak olub, iki nəfər yaralanıb. Həlak olanlar qadın və kişidir. Onların şəxsiyyəti dəqiqləşdirilir. Yaralanmış kişi və qadıntəcili yardım xəstəxanasına çatdırılıb.

Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19 saylı polis bölməsindən cümə günü Azərbaycanın paytaxtında yaşayış binasında partlayış faktını Trend - a təsdiqləyiblər. Bölmə əməkdaşları hadisə yerində olduqları üçün, bölmədən hadisə haqqında ətraflı məlumat verməyiblər.

Hadisə yerinə FHN - in xilasetmə qrupları gəliblər.

Cümə günü saat təxminən 16.30-da "Memar Əcəmi" metro stansiyası ilə üzbəüz yaşayış binasının dörd və ya beşinci mərtəbəsində partlayış baş verib, - Nəsimi rayonunun Qaz Qəza Xidmətindən cümə günü xəbər veriblər.

"Zəng, parlayışın baş verdiyi bina ilə qonşuluqda yerləşən binadan daxil olub. Xidmətimizin əməkdaşları məlumat alan kimi dərhal hadisə yerinə gediblər", - İdarədən bildiriblər.

Trend -un müxbirinin paytaxtın təcili və təxirəsalınmaz  tibbi yardım xidməti rəhbərinin müavini Rauf Nağıyevə istinadən verdiyi xəbərə görə,  partlayış nəticəsində yaralanmış iki nəfər təcili və təxirəsalınmaz tibbi  yardım xəstəxanasına göndərilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti