...

Azərbaycanın Ağdam rayonunda xeyli sayda silah-sursat tapılıb

Hadisə Materials 24 Mart 2009 11:36 (UTC +04:00)

Azərbaycan, Bərdə, 24 mart / Trend , müxbir Ş.Cəliloğlu /

Azərbaycanın Ağdam rayonunda çərşənbə axşamı səhər saatlarında rayonun polis şöbəsinə daxil olan anonim zəng əsasında əməliyyat aparılarkən xeyli sayda silah-sursat tapılıb.

Rayon polis şöbəsinin rəisi Hüseyn Əliyevin Trend -a verdiyi məlumata əsasən, rayonun İmamqulubəyli kəndində Narbağı adlanan ərazidən 1 ədəd AKMS 7.62 Kalaşnikov avtomatı, 1 ədəd AKM 7.62 Kalaşnikov avtomatı, 1 ədəd TOS 8 tüfəngi, 1 ədəd 1916-cı ili buraxılışı olan beşaçılan tüfəng, 1 ədəd 28 kalibrli tüfəng, 22 ədəd avtomat sandığı, 7 ədəd fişəng, 55 ədəd MPS gülləsi, külli miqdarda avtomat güllələri, 5 ədəd partlayıcı bağlıqsız F1 əl qumbarası, 1 ədəd əldədüzəltmə farsunka silahı tapılıb.

Silahlarla hər hansı bir cinayətin işlənib-işlənməməsini dəqiqləşdirmək üçün əldə olunan silah-sursat Daxili işlər Nazirliyinin ekspertizasına göndərilib.

Faktla bağlı Ağdam rayon polis şöbəsində tədqiqat aparılır.

Ağdam rayonu Azərbaycanın cənub-qərb bölgəsində, paytaxt Bakıdan 330 km aralıda yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti