Bakının "8-ci kilometr" bazarı ərazisində baş verən yanğın söndürülüb. Bu barədə Trend -a Nizami rayonun polis idarəsinin növbətçi hissəsindən xəbər veriblər.
Hadisə nəticəsində xəsarət alan və ya ölən yoxdur.
Yanğının səbəbi və dəyən ziyan araşdırılır.