...

Azərbaycanın təbii fəlakət zonasında 37 nəfər xilas olunub - FHN

Hadisə Materials 13 May 2010 16:55 (UTC +04:00)
Azərbaycanın təbii fəlakət olan zonasında su basmış ərazilərdə köməksiz vəziyyətdə qalmış 37 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Azərbaycanın təbii fəlakət zonasında 37 nəfər xilas olunub - FHN

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın təbii fəlakət olan zonasında su basmış ərazilərdə köməksiz vəziyyətdə qalmış 37 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Bu barədə nazirliyin internet saytı cümə axşamı məlumat yayıb.

Trend-in arayışı: Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalıb.

Xəbər lenti

Xəbər lenti