...

Azərbaycanın İmişli, Sabirabad və Saatlı rayonları ərazisindəki Sarısu gölü ətrafındakı kəndlərdə daha 22 nəfər xilas edilib - FHN (YENİLƏNİB)

Hadisə Materials 25 May 2010 16:17 (UTC +04:00)
Azərbaycanın İmişli, Sabirabad və Saatlı rayonları ərazisindəki Sarısu gölü ətrafındakı kəndlərdə daha 22 nəfər xilas edilib. Ötən axşam və səhər saatlarında daha 33 nəfər xilas edilmişdi.
Azərbaycanın İmişli, Sabirabad və Saatlı rayonları ərazisindəki Sarısu gölü ətrafındakı kəndlərdə daha 22 nəfər xilas edilib - FHN (YENİLƏNİB)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın İmişli, SabirabadSaatlı rayonları ərazisindəki Sarısu gölü ətrafındakı kəndlərdə daha 22 nəfər xilas edilib. Ötən axşam və səhər saatlarında daha 33 nəfər xilas edilmişdi.

Fövqəladə Hallar Nazirliyinin internet saytının çərşənbə axşamı yaydığı məlumata görə, mayın 24-də Sarısu gölü ətrafında bəndin dağılması nəticəsində daşqın sularının ətrafa yayılması ilə əlaqədar təhlükəli hesab edilən ərazilərdə - Sabirabad rayonunun Qasımbəyli, Muradbəyli, Əsgərbəyli, Axtaçı kəndlərində; Saatlı rayonunun Novruzlu, Dəllər, Nərimankənd, Musalı kəndlərində və yaxınlıqda yerləşən məcburi köçkün şəhərciyində yaşayan əhali Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar tərəfindən təxliyyə edilib.

Mayın 24-dən 25-nə keçən gecə ərzində qeyd edilən kəndlərdə suyun səviyyəsinin artması səbəbindən təxliyyədən imtina etmiş şəxslər təhlükə ilə üzləşiblər.

Gecə və səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin qayıqları və nazirliyin aviasiya dəstəsinin vertolyotları vasitəsilə ümumilikdə 55 nəfər xilas edilib. Hazırda hadisə yerində xilasetmə işləri, həmçinin dağılmış bəndin bərpası istiqamətində müvafiq işlər davam etdirilir.

Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti