...

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın söndürülüb, iki nəfər xəsarət alıb

Hadisə Materials 28 İyul 2010 17:38 (UTC +04:00)
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın söndürülüb, iki nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, "Memar Əcəmi" metrosu yaxınlığında, Cavadxan küçəsindəki beşmərtəbəli binada baş verən yanğın  binanın 3, 4 və 5-ci mərtəbələrini əhatə edib.

Bölmədən bildirilib ki, yanğın söndürülüb.

Hadisə zamanı sakinlərdən bir qadın və yanğından mühafizə xidmətinin bir əməkdaşı xəsarət alıb.

Yanğının səbəbi hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti