...

Bakının mərkəzində yaşayış evində partlayış baş verib, xəsarət alanlar var

Hadisə Materials 13 Avqust 2010 10:36 (UTC +04:00)
Bakı Şəhər Nərimanov Rayon Prokurorluğundan cümə günü Trend-ə məlumat verilib.
Bakının mərkəzində yaşayış evində partlayış baş verib, xəsarət alanlar var

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakının mərkəzində bu gün səhər saatlarında yaşayış evində partlayış baş verib, 3 nəfər xəsarət alıb. Bakı Şəhər Nərimanov Rayon Prokurorluğundan cümə günü Trend-ə məlumat verilib.

Məlumata görə, partlayış Nəsimi rayonu, Rəsul Rza küçəsindəki mənzillərin birində olub.

İlkin məlumata görə, partlayış qaz sızmasından baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində araşdırma aparır.

5 saylı Kliniki Xəstəxananın yanıq şöbəsindən isə Trend-ə bildirilib ki, xəstəxanaya 3 yaralı gətirilib. Yaralılar bir ailənin üzvləri - ata, ana və uşaqlarıdır.

Məlumata görə, ev sahibinin vəziyyəti ağırdır və reanimasiyaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti