...

Azərbaycan Ali Məhkəməsinin hakiminin arvadı yaşadığı mənzildə qətlə yetirilib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 15 Oktyabr 2010 17:58 (UTC +04:00)
Nizami rayon Prokurorluğundan cümə günü Trend-ə verilən məlumata görə, bu gün günorta saat 13:00 radələrində Çobanzadə küçəsi 47, mənzil 30 ünvanında yaşayan 39 yaşlı Natəvan Mahmudova naməlum şəxslər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib.
Azərbaycan Ali Məhkəməsinin hakiminin arvadı yaşadığı mənzildə qətlə yetirilib (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: Ekspertizanın ilkin rəyi və cinayət işinin başlanması ilə bağlı məlumat əlavə olunub.

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ali Məhkəməsinin hakimi Tapdıq Mahmudovun arvadı yaşadığı mənzildə qətlə yetirilib.

Nizami rayon Prokurorluğundan cümə günü Trend-ə verilən məlumata görə, bu gün günorta saat 13:00 radələrində Çobanzadə küçəsi 47, mənzil 30 ünvanında yaşayan 39 yaşlı Natəvan Mahmudova naməlum şəxslər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib.

Hazırda hadisə yerində Bakı şəhər Prokurorluğunun və rayon Prokurorluğunun əməkdaşları müayinə aparır.

Faktla bağlı araşdırma aparılır, cinayəti törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

Nizami rayon prokurorunun köməkçisi Eldar Rəhimov Trend-ə bildirib ki, məhkəmə-tibbi ekspertizanın ilkin rəyinə görə, Məmmədova yumşaq predmetlə tənəffüs yollarının tutulması (asfeksiya) nəticəsində boğularaq ölüb.

Rəhimov bildirib ki, faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120-ci) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, mərhum ev paltarında olub. Bu amil onun mənzilin qapısını tanışlarına açdığını və qətlin də məhz Mahmudovanın yaxın ətrafındakı şəxslər tərəfindən törədilməsini ehtimal etməyə əsas verir.

Xəbər lenti

Xəbər lenti