...

Bakı teleqülləsinin ətrafında yenidən külli miqdarda partlamamış döyüş sursatı aşkar olunub (YENİLƏNİB - 5) (FOTO)

Hadisə Materials 13 Noyabr 2010 14:57 (UTC +04:00)
Bakı teleqülləsinin ətrafında daha 130 partlamamış hərbi sursat aşkarlanıb.
Bakı teleqülləsinin ətrafında yenidən külli miqdarda partlamamış döyüş sursatı aşkar olunub (YENİLƏNİB - 5) (FOTO)

RED. əlav.: şənbə günü aşkar olunan mərmilərin sayı əlavə olunub.

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir T.Hacıyev/

Bakı teleqülləsinin ətrafında daha 130 partlamamış hərbi sursat aşkarlanıb. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hadisə yerində çalışan əməliyyatçısı Pərviz Gidayev məlumat verib.

Bundan öncə, cümə günü 470 sursat aşkarlanmışdı. Cümə axşamı və cümə günü aşkarlanaraq ərazidən kənarlaşdırılan sursatların sayı 2150 idi. Şənbə günü aşkar olunanlarla birgə sursatların ümumi sayı 2280-ə çatıb. Ən son aşkarlanan 130 sursat da ərazidən kənarlaşdırılaraq zərərsizləşdiriləcək.

Noyabrın 10-da gecə Bakıda teleqüllənin yaxınlığında mindən çox partlamamış hərbi sursat aşkarlanıb. Hazırda həmin yerdə ANAMA və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təmizləmə əməliyyatı aparır.

ANAMA əməkdaşı Gidayev cümə günü Trend-ə bildirmişdi ki, partlamamış sursatlar əsasən 125 mm-lik zirehdələn tank mərmiləridir. Ərazi eniş olduğundan yağış suları həmin mərmiləri 350-500 kvadrat metr əraziyə dağıdıb.

Xəbər lenti

Xəbər lenti