...

Misirdə baş verən yol qəzasında xəsarət alan və ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur - səfirlik

Hadisə Materials 20 Noyabr 2010 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir S. Ağayeva/ Misirin Daxili İşlər Nazirliyindən verilən ilkin məlumata görə, şənbə günü baş verən yol qəzasında xəsarət alan və ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə şənbə günü Trend-ə telefonla Azərbaycanın Misirdəki Səfirliyindən məlumat verilib.

Bu gün Misirin Xurqada şəhərində ağır yol qəzası baş verib. Qəzada 35 nəfər yaralanıb, doquzzu isə ölüb. Məlumatı Rusiyanın RİA Novosti agentliyi verib.

Xəbər lenti

Xəbər lenti