...

Azərbaycanda baş vermiş meşə yanğını söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 7 Dekabr 2010 11:56 (UTC +04:00)
İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasının sədri Rəfael Əhmədov çərşənbə axşamı Trend-ə bildirib ki, dünən saat 16:00 radələrində baş vermiş yanğın noyabrın 6-dan 7-nə keçən gecə saat 03:00 radələrində söndürülüb.
Azərbaycanda baş vermiş meşə yanğını söndürülüb (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı əlavə olunub.

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın İsmayıllı rayonu ərazisində baş vermiş meşə yanğını söndürülüb.

İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasının sədri Rəfael Əhmədov çərşənbə axşamı Trend-ə bildirib ki, dünən saat 16:00 radələrində baş vermiş yanğın noyabrın 6-dan 7-nə keçən gecə saat 03:00 radələrində söndürülüb.

"Hazırda ərazidə heç bir təhlükə yoxdur. Yanğın baş verən ərazi tam nəzarətdədir", - Əhmədov deyib.

İsmayıllı rayonunun Diallı kəndi ərazisində yerləşən Şahdağ Milli Parkının yaxınlığındakı meşədə baş vermiş yanğın təxminən 10 ha ərazini əhatə edib.

Komissiya sədrinin sözlərinə görə, fısdıq, vələs, palıd, ağcaqayın ağacları yanıb.

Əhmədov bildirib ki, yanğın baş verən ərazi qayalıq olduğundan, oraya yanğınsöndürən texnikanın cəlb edilməsi mümkün olmayıb. Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi ilə bərabər kənd sakinləri də iştirak edib.

Əhmədov yanğının baş vermə səbəbinin hələlik məlum olmadığını, bu istiqamətdə araşdırmalar aparıldığını bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, dekabrın 6-da saat 15:00-dan etibarən Şahdağ Milli Parkının Talıstan Meşəbəyliyinin 5 saylı dolayında yanğın hadisəsi baş verib. Yanğın 2,5 hektaradək sahəni əhatə edib.

Yanğının qarşısının alınmasına Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumları cəlb olunub. Bundan əlavə, kənd sakinləri də yanğının söndürülməsinə yardım göstərib.

Yanğının geniş miqyas almaması və digər meşə zolaqlarına keçməməsi üçün tədbirlər görülüb.

Məlumatda bildirilir ki, dekabrın 2-də həmin ərazinin bələdiyyə ilə sərhəd sahəsində də yanğın hadisəsi baş verib. Yanğın ümumilikdə 2 hektaradək sahəni əhatə edib, əsasən xəzəl və kol-kos yanib.

Xəbər lenti

Xəbər lenti